Belqradda musiqi mədəniyyətimizin inkişaf tarixindən bəhs olunub

27 may 2019

Belqrad Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “Azərbaycanda musiqi mədəniyyətinin inkişaf tarixi” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü və ölkəmizin Serbiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Belqrad Universitetinin Filologiya fakültəsinin dekanı professor Lilyana Markoviç bildirib ki, bu cür tədbirlər iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına xidmət edir.

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru, Novi Sad Universitetinin professoru Zərifə Əlizadə Azərbaycan folkloru və musiqi alətləri barədə mühazirə ilə çıxış edib. O, folklorun, saz, tar, kamança və digər milli musiqi alətlərimizin xüsusiyyətlərindən danışaraq, onların musiqi tariximizdə əvəzsiz roluna diqqəti cəlb edib. Z.Əlizadə həmçinin milli rəqslərimiz və muğam sənəti haqqında ətraflı məlumat verib.

Sonra videoçarxlar nümayiş etdirilib.