İsveçrədə Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirilib

14 may 2019

İsveçrədə “Diplomatlar kuboku − 2019” futbol turniri keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş turniri Azərbaycanın İsveçrədəki səfirliyi təşkil edib.

İsveçrədə akkreditə olunmuş diplomatik korpus təmsilçilərinin iştirak etdiyi yarış
Rusiya yığmasının qələbəsi ilə yekunlaşıb. Qalib komandaya kubok və hədiyyələr təqdim edilib.

Futbol turniri çərçivəsində Bakının UEFA Avropa Liqasının 2019-cu il finalına ev sahibliyi və Azərbaycanın “Avroviziya-2019” təmsilçisi Çingiz Mustafayev təbliğ olunub.

İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş dərsdə şagirdlərə görkəmli dövlət və siyasət xadiminin zəngin irsi barədə məlumat verilib, kitab və fotoşəkillər nümayiş edilib.