İsveçrədə Azərbaycan-Türk Mədəniyyət Mərkəzi açılıb

Mayın 4-də İsveçrənin Solothurn şəhərində Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyilə ərsəyə gəlib.

Tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, soydaşlarımız və Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras qonaqları salamlayaraq, mərkəzin tikintisi üçün dəstək göstərən hər kəsə, xüsusilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasının səfirliyinə minnətdarlıq edib. O, soydaşlarımızın sıx yaşadığı Solothurn şəhərində həmrəyliyin möhkəmləndirilməsi məqsədilə belə mərkəzin yaradılmasının zəruri olduğunu vurğulayıb.

Daha sonra mərkəzin təntənəli açılışı olub. Burada qurumun baş ofisi, həftəsonu “Azərbaycan dili” məktəbi və müxtəlif tədbirlər üçün nəzərdə tutulan otaqlar yerləşir.