"Tumurcuq" teatrı Stokholmda uşaq bayramına qatılıb

Hər il oluduğu kimi bu il də İsveçin paytaxtı Stokholmda şəhərində Atatürkün Türk dünyası uşaqlarına ərmağan etdiyi "uşaq bayramı" qeyd edilib. "Kungsträdgården"
("Kral bağçaşı") parkında təşkil olunan festivalda müxtəlif türkdilli ölkələr iştirak edib.
Tədbirdə Stockholmda fəaliyyət göstərən “Tumurcuq” Azərbaycan Dram Teatrı da iştirak edib. Üzərində Azərbaycan bayrağı dalğalanan çadırda Azərbaycan xalçaları (Qarabağ, Quba, Şirvan), milli geyimlər, şirniyyatlar və musiqi alətləri nümayiş olunub. Festivala qatılan xarici qonaqlar çadıra yaxınlaşıb, milli geyimdə olan “Tumurcuq” Dram Teatrının balaca aktyorları ilə xatirə şəkilləri çəkdiriblər. Onlar şəkil çəkdirməklə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti və incəsənətilə maraqlanıblar. Qonaqlara Xocalı soyqırımı haqqında kitabçalar, jurnallar təqdim olunub. Onlar Azərbaycan çayına və şirniyyatlarına qonaq ediliblər.
Qeyd edək ki, “Tumurcuq” Avropada yaranan ilk Azərbaycan Dram Teatrıdır.