Marneulidə 9 Aprel qurbanlarının xatirəsi anılıb

9 aprel hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Marneulidə anım tədbiri keçirilib.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) icraçı direktoru Aygül İsayeva, İdarə Heyətinin sədri Murad Muradov və digər əməkdaşları Marneulidə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış memorial abidəni ziyarət ediblər. Mərkəzin adından abidənin önünə əklil və gül dəstələri qoyulub. GAİM əməkdaşları hadisə zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xatırladaq ki, 1989-cu il aprelin 9-da Tbilisi şəhərinin Rustaveli küçəsində Gürcüstanın dövlət müstəqilliyi uğrunda keçirilən dinc nümayişi sovet ordusu amansızcasına dağıdaraq qan tökmüşdü. Faciə nəticəsində 21 nəfər qətlə yetirilmiş, yüzlərlə insan yaralanmışdı.