TürkPA-nın baş katibi Diasporla İş üzrə Dövlət Komitəsində olub

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevlə görüşüb.
Qonaq Azərbaycanın diaspor siyasətinin uğurlu olduğunu qeyd edib və bildirib ki, bizim ortaq layihələr üzərində işləməyimiz daha yaxşı nəticələrə gətirib çıxara bilər.
V. Hacıyev bütün dünyada türk diasporlarının birgə fəaliyyətinin vacibliyi, xüsusilə gənc diaspor təmsilçilərinin daha böyük platformalarda birləşmək imkanları barədə danışıb.
Görüşdə türkdilli dövlətlərin diaspor təşkilatları arasında əlaqələrin daha da genişlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.