Komitə əməkdaşları üçün təlim kursları təşkil edilib

Aprelin 2-4-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbər şəxsləri və əməkdaşları üçün “Etik davranış və korrupsiya ilə mübarizə texnikaları” mövzusu üzrə 2 günlük təlim kursları keçirilib.
Tədbir Azərbaycan Anti-Korrupsiya Akademiyası Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyilə təşkil edilib. İştirakçılara dövlət idarəçiliyi, etik davranış qaydaları, səmərəli xidmət mədəniyyətinin əsas şərtləri, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatları barədə ətraflı məlumat verilib.
Həmçinin korrupsiyaya qarşı mübarizə texnikaları – şəffaflıq, ictimai nəzarət, hüquqi maarifləndirmə, onlayn və real mübarizə metodları barədə seminarlar keçirilib.