Diaspor Komitəsi sədrinin Gürcüstana səfəri yerli mətbuatda geniş işıqlandırılıb

Gürcüstanın "1" televiziyası, Marneuli radiosu, "24news.ge", "GAXA.qe", "marneulifm.ge" "mediamall.ge", "pia.ge", "parliament.ge", "m.sputnik-georgia.com", "interpressnews.ge" kimi saytları Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu ölkəyə səfərinə geniş yer ayırıb.
Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstan rəsmiləri ilə görüşləri, Gürcüstanın Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə birgə Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin açılış mərasimində iştirakı, Dmanisi, Laqodexinin Qaraçöp və Qabal kəndlərində həmvətənlərimizlə görüşlərinə həsr olunmuş xəbər və reportajlar yayımlanıb.