Torontonun mərkəzində etiraz aksiyası

Martın 31-də Kanadanın Toronto şəhərinin mərkəzi küçələrinin birində 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş Mart Soyqırımına həsr olunmuş etiraz aksiyası keçirilib.
Tədbir "Kanada Azərbaycanlıları Assosiasiyası"nın təşkilatçılığı ilə həyata keçirilb. Hava şəraitinin qarlı və kəskin soyuq olmasına baxmayaraq, bir çox həmvətənlərimiz ailə üzvlərilə aksiyada iştirak ediblər. Kanadada təhsil alan azərbaycanlı tələbələr də aksiyaya qatılıblar.
Tədbir zamanı Ermənistana qarşı etiraz şüarları səsləndirilib, soyqırım hadisələrini əks etdirən foto-plakatlar, şüarlar qaldırılıb, Azərbaycan həqiqətlərini əks etdirən buklet və kitabçalar həmin məkandan keçən insanlara paylanılıb.