Bruklində Banişevskinin xatirəsinə futbol turniri

Martın 27-də ABŞ-ın Nyu York şəhərinin Bruklin dairəsində Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.
Turnir Bruklin Bakı Dostluq Assosiasiyasının və AZZEM Beynəlxalq Fondunun təşkilatçılığı ilə baş tutub. Yarışda Azərbaycan, Qazaxıstan, Ukrayna və ABŞ-dan olan futbol komandaları iştirak ediblər. Azərbaycan futbol komandasının oyunçusu Jeyson Mövsümov qürur hissi ilə Azərbaycan bayrağını arenada daşıyıb. O, eyni zamanda, öz yaşıdları arasında ən yaxşı futbol oyunçusu adına layiq görülüb və ona kubok təqdim olunub.
Xatırladaq ki, Ukrayna əsilli Azərbaycan futbolçusu Anatoli Banişevski UEFA-nın versiyasına görə, 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilmişdi.