Çikaqo meri Novruz bayramını tanımağa çağırıb

Şəhər meri Ram Emanuel bununla bağlı Çikaqadakı Azərbaycan cəmiyyətinin üzvlərinə müraciət ünvanlayıb. O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya dəstəkdir. Novruz bayramı isə Əfqanıstanda, Albaniya, Azərbaycan, Gürcüstan, Hindistan, İran, İraq, Kosovo, Qırğızıstan, Şimali Makedoniya, Türkiyə və Türkmənistan kimi dövlətlərdə üç min ildən artıqdır ki, qeyd edilir.
Sənəddə vurğulanıb ki, Novruz milli bayramdır, onun gəlişi ilə insanlar ağac əkir, ənənəvi şirniyyatlar və milli yeməklər hazırlayır.
Bunu nəzərə alaraq, mer Novruz bayramının tanıdılmasını rəsmən elan edib. O, bütün çikaqoluları bayrama qoşulmağa dəvət edib.