Novruz bayramı Minnesotada

Martın 16-da Minnesotada Novruz şənliyi keçirilib. Tədbiri "Azərbaycan Minnesota Assosiasiyası" (AMA) təşkil edib.
Son üç il Minnesotada təşkil olunan Novruz bu dəfə tam fərqli olub. Ştatın tarixində İlk dəfə olaraq Novruz bayramına Çikaqoda yaşayan azərbaycanlılar da qatılıblarla.
Yüzə yaxın həmvətənlərimizin toplandığı tədbirdə geniş proqram təqdim olunub. Skripkaçı Həsən Hüseynzadənin, tarzən Polad Həmidovun, pianoçu Muxtar Nəsirovun müşayiətilə müğənnı Leyla Rəhimova zəngin repertuarla çıxış edib. Gecədə əyləncəli yarışmalar da təşkil olunub. Bu zaman Novruz ənənəsi olan yumurta "döyüşü" da yaddan çıxmayıb.
Tədbir zamanı Yusif Musəvinin Novruz bayramı üçün çəkdiyi rəsm əsərləri hərraca çıxarılıb. Hər üç rəsm Çikaqo və Kentukidə yaşayan soydaşlarımıza satılıb. "Azərbaycan Minnesota Assosiasiyası" əldə olunan gəliri gələcəkdə keçiriləcək tədbirlərin təşkilati xərclərinə yönəldəcək.