Kanadada yaşayan azərbaycanlılar Beynəlxalq Qadınlar Gününü qeyd edib

"Kalqari İmmiqrant Qadınlar Assosiasiyası" Kanadanın Alberta vilayətinin Kalqari şəhərində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil edib. Tədbirin əsas təşkilatçısı "Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti"nin mədəniyyət məsələləri üzrə koordinatoru Minarə Şükürova olub. Mərasimdə dünyanın müxtəlif ölkələrindən olan xanımlar iştirak edib, onlara kəlağayılar və milli geyimli gəlinciklər hədiyyə edilib. Kanadada "Land of Fire" kəlağayı brendinin təsisçisi və rəhbəri olan Minarə Şükürova Kanadada Azərbaycan mədəniyyətinin və milli geyimlərimizin davamlı təbliğatçısıdır.
Qeyd edək ki, tədbirdə Kanadanın İmmiqrantlar, Qaçqınlar və Vətəndaşlıq üzrə naziri, parlament üzvü Əhməd Hüsseyn də iştirak edib.