“Biznes-Dialoq Media” Nəşriyyat və Əlaqə Qrupunun nümayəndələri Dövlət Komitəsində olub

“Biznes-Dialoq Media” Nəşriyyat və Əlaqə Qrupunun baş direktoru Mariya Suvorovskaya və qurumun Azərbaycan üzrə müşaviri Səadət Qarayeva Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Görüşdə Rusiyada humanitar layihələrin reallaşdırılması, ölkənin regionlarında sahibkarların tanıdılması və s. məsələlər müzakirə olunub. Qeyd edilib ki, hazırda Rusiyada 700 minə yaxın Rusiya vətəndaşı olan azərbaycanlı yaşayır. Onların fəaliyyətinin mediada işıqlandırılması xaricdə yaşayan azərbaycanlıların və bütövlükdə ölkəmizin tanıdılması üçün önəmlidir. Daha sonra Səadət Qarayeva Rusiya Federasiyasında Azərbaycan mədəniyyətinin təbliği, qorunması və inkişafı üçün gördüyü işlərə görə mükafata layiq görülüb.