İsrail telekanalı Xocalı faciəsi haqqında reportaj hazırlayıb

İsrailin "Kanal 20” Televiziya kanalı Azərbaycanla bağlı maraqlı reportaj yayımlayıb.
Reportajda Azərbaycanın demokratik, dünyəvi dövlət olmasından, burada yəhudilərin də yaşamasından və ümumiyyətlə mövcud multikultural münasibətlər sitemindən bəhs edilib. Videomaterilada həmçinin Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü barədə məlumatlar da yer alıb.
İsrailli jurnalist Xocalı faciəsini yada salaraq bir gecədə yüzlərlə azərbaycanlının qətlə yetirilməsindən danışıb. Kanalın çəkiliş qrupu Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda çəkilişlər aparıb.
Kanal Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsinə də yer verib.