Kanadada 20 Yanvar şəhidləri anılıb

Kanadanın Alberta vilayətinin Edmonton şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb. Tədbir soydaşımız Surxay Musayevin rəhbərlik etdiyi Edmonton Kanada-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib. Anım mərasimində 20 Yanvar faciəsinin qurbanları ehtiramla yad edilib və şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyətinin rəhbəri Yusif Savalan və o müdhiş gecənin canlı şahidi olmuş digər soydaşlarımız çıxış edərək 20 Yanvar faciəsi barəsində ətraflı məlumat veriblər.