Koordinasiya Şurası Niderland parlamentinə müraciət qəbul edib

Azərbaycan tarixinin şanlı səhifəsi olan 20 Yanvar hadisələrinin qurbanları Belçika və Niderland Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə keçirilən toplantıda anılıb. Toplantıda 20 Yanvar şəhidləri ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin baş verdiyi dövrü xarakterizə edib və hadisələrə dair təəssüratlarını bölüşüblər.
Sonda Belçika və Niderland Azərbaycanlıları Koordinasiya Şurası adından 20 Yanvar faciəsi haqqında Niderlandın ən çox oxunan qəzet və saytlarına, o cümlədən Telegraf, AD, Parool və Volkskraant qəzetlərinə ətraflı məlumatların göndərilməsi qərara alınıb. Eyni zamanda, 20 Yanvar faciəsi ilə bağlı Niderland parlamentinə müraciət qəbul edilib. Müraciətin tam mətni təqdim olunur.