Dost xalqların diasporları arasında əməkdaşlıq genişlənir

Hollandiyada Azərbaycan Türk Kültür Dərnəyinin ofisində Uyğur Türk xanımları ilə görüş keçirilib. Görüşdə Hollandiyadakı azərbaycanlılar hər zaman Uyğur türklərinin yanında olduqlarını və onların acılarını paylaşdıqlarını bildiriblər.
Qeyd edilib ki, Azərbaycan Türk Kültür Dərnəyinin ofisində həftənin bəzi günlərində Uyğur türklərinin də toplantısı və müəyyən tədbirlərin təşkili mümkündür.
Səmimi görüş üçün minnətdarlıq edən Uyğur xanımlar da hər zaman bərabər işləməyə hazır olduqlarını söyləyiblər.