“Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ABŞ-ın Nyu-York şəhərində, Bruklində yerləşən “My Way” Uşaq Yaradıcılıq Mərkəzində “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib. Sərgidə Bakı şəhər 2 nömrəli Usaq-Gənclər İnkişaf Mərkəzinin “Rəsm” dərnəyinin üzvlərinin çəkdikləri rəsmlər nümayiş olunub. Sərginin keçirilməsində məqsəd iki mərkəz arasında dostluq və əməkdaşlıq yaradaraq, azərbaycanlı uşaqların əl işlərini tanıtmaqdır. Sərgidə uşaqların Amerikaya dair baxışlarını, təsəvvürlərini əks etdirən müxtəlif rəsmlər təqdim olunub.
Sonda iştirakçılar diplomla təltif olunub, onlara hədiyyələr təqdim edilib.