Almaniyada Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçirilib

Almaniyanın Celle şəhərində Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş klassik və müasir musiqilərdən ibarət konsert proqramı keçirilib.
Bakı Alman-Azərbaycan Dostluq cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycandan dəvət olunmuş Q.Qarayev adına Kamera Orkestrinin artistləri Nərgiz Əliyeva, Nəsrin Rzayeva, Almaniyada yaşayan azərbaycanlı opera müğənnisi Aida Vəli və gənc istedadlar çıxış edib.
Konsert proqramı yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Konsertin keçirilməsində məqsəd Azərbaycan musiqisini və mədəniyyətini Almaniyada təbliğ etmək, alman ictimaiyyətinə, xüsusilə də burada yaşayan gənc nəslin nümayəndələrinə Azərbaycanın zəngin mədəniyyətini nümayiş etdirmək və sevdirməkdir.