Diaspor rəhbəri Türkiyə səfiri ilə görüşüb

Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri Türkiyə Respublikasının Niderland Krallıgındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb. Görüşdə yeni təyin olunan səfiri təbrik edən İlhan Aşkın dərnəyin yaranması və fəaliyyəti ilə bağlı, Niderland dövlətinin ictimai-siyasi həyatı ilə olan əlaqələri barədə səfirə qisa məlumat verib.
Səfir isə öz növbəsində təbrikə görə təşəkkürünü bildirib, burada yaşayan insanların holland dilini dərindən bilmələrinin vacibliyini, ölkənin mədəni, ictimai-siyasi həyatında insanlarımızın yaxindan iştirak etmələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə gələcək fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüşün sonunda Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin 20 illik fəaliyyətini əks etdirən kitab və üzərində Bakı şəhərinin mənzərəsi əks olunan süvenir xatirə olaraq səfirə hədiyyə edilib.