“Polşada Azərbaycanlı Gənclər Şurası”nın hesabat konfransı keçirilib

Polşanın paytaxtı Varşava şəhərində “Polşada Azərbaycanlı Gənclər Şurası”nın hesabat konfransı keçirilib. Şuranın sədr müavini Nicat Qafarov təşkilatın iki illik hesabatını təqdim edib. Eyni zamanda təşkilatın nəzdində fəaliyyət göstərən "Varşava Azərbaycanlıları Birliyi" , "Vrotslav Azərbaycanlıları Birliyi" regional diaspor təşkilatları haqqında məlumat verilib.
Tədbirdə iştirak edən Azərbaycanın Polşadakı Fövqaladə və Səlahiyyətli səfiri Həsən Həsənov təşkilatın daha səmərəli fəaliyyət göstərməsi üçün tövsiyələrini verib və diaspor təşkilatlarına uğurlar arzu edib.
Konfrans iştirakçılarının sualları və təklifləri dinlənildikdən sonra şura sədirliyinə seçkilər keçirilib. Nail Əhməd yenidən “Polşada Azərbaycanlı Gənclər Şurası”nın sədri, Fərid Cəfərli və Nicat Qafarov sədr müavinləri seçilib.
Nail Əhməd təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə danışıb, Polşaya yeni gələn soydaşlarımız üçün qaynar xətt və hüquqi xidmət bölməsinin yaradılacağını bildirib.