Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafat alıb

Türkiyədə keçirilən “Türk Dünyası Bəlgəsəl Film Festivalı və Yarışması”nda bu ölkədə yaşayan soydaşımız Nəcibə Abbasovanın “İki dil, bir harmoni” filmi “Çingiz Aytmatov Fəxri mükafatı”na layiq görülüb. Film Azərbaycanın xalq artisti Cahangır Novruzovun yaradıcılığından bəhs edir.
Festival Türk Dünyası Qəzetçilər Federasiyası, Türkiyə Mədəniyyət Nazirliyinin Baş Kino Müdirliyi təşkilatçılığı və 11 universitetin dəstəyi ilə keçirilib. Festivalda 8 ölkədən 140 film nümayiş etdirilib.
Qeyd edək ki, Çingiz Aytmatov mükafatı bu il yazıçının 90 illik yubileyi ilə əlaqədar olaraq təsis olunub və mükafatı qalibə yazıçının oğlu Əskər Aytmatov təqdim edib.