Odessada həmrəylik günü qeyd olunub

31 Dekabr, 2019

Ukraynanın Odessa şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir təşkil olunub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayətindəki nümayəndələrinin təşkil etdikləri bayram şənliyində Əhməd Cavad adına həftəsonu Azərbaycan məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbirdə həmrəylik gününün yaranma tarixindən, Vətəndən uzaqda yaşayan soydaşlarımızın bir araya gətirilməsində bu bayramın əhəmiyyətindən danışılıb.

Daha sonra şagirdlər Azərbaycan şairlərinin şeirlərini və xalq mahnılarını səsləndirib, milli rəqsləri təqdim ediblər. Tədbirə dəvət olunmuş müğənni Amin Şah Azərbaycan, Ukrayna və Gürcü dillərində mahnılar ifa edib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin adından tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.