Dövlət Komitəsində Həmkarlar ittifaqının yekun iclası keçirilib

30 Dekabr, 2019

Dekabrın 30-da Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin 2019-cu ilin yekunlarına dair hesabat iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Aparat rəhbəri Daşqın Rəcəbli rəhbərlik adından Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə əməkdaşları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra DİDK Həmkarlar İttifaqı Komitəsinin sədri Vüqar Məmmədov çıxış edərək əməkdaşlara il ərzində görülən işlər barədə hesabat verib. İclasda, həmçinin görülən işlərlə bağlı ümumi məlumatı əks etdirən video-slaydlar da təqdim edilib.

Dövlət Komitəsinin əməkdaşları ilə diskussiya şəklində keçən iclasda rəylər bildirilib, təkliflər səsləndirilib və növbəti il üçün iş planı müzakirə edilib.

İclasda DİDK Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti müsbət qiymətləndirilib və və gələcəkdə işin daha da təkmilləşdirilməsi üçün bir sıra təkliflər verilib.