Barselonada həmrəylik günü qeyd olunub

28 Dekabr, 2019

İspaniyanın Barselona şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və “Barselonada azərbaycanlı icması”nın (“Azerbaijani Society in Barcelona” - ASB) təşkilatçılığı ilə baş tutan tədbirdə Kataloniyada yaşayan azərbaycanlılar və ölkəmizin xarici dostları iştirak ediblər.

ASB sədri Kərim Kərimov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixindən, bu bayramın soydaşlarımızın birliyi və yekdilliyi baxımından əhəmiyyətindən danışıblar. Daha sonra ASB-nin 2019-cu il üzrə fəaliyyətini əks etdirən hesabat xarakterli video-çarx nümayiş etdirilib.

Tədbirdə maraqlı və əyləncəli oyunlar sərgilənib, azyaşlı uşaqlara bayram hədiyyələri təqdim olunub.