Turizm sahəsində əməkdaşlıq layihələri müzakirə edilib

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti yerli dövlət qurumları ilə əməkdaşlığını davamlı şəkildə möhkəmləndirir. Bu günlərdə Yunanıstanın Saloniki şəhər merinin Turizmin İnkişafı və Beynəlxalq Əlaqələr üzrə müavini Spiros Penqas Cəmiyyətin sədri Rəşid Məmmədov və İcraçı katibi Salatın Məmmədlini qəbul edib. Tərəflər turizm sahəsində Azərbaycan-Yunanıstan əməkdaşlıq layihələrini müzakirə ediblər. Görüş zamanı turizm sahəsində görülə biləcək işlər və təkliflər müzakirə edilib. Yaxın gələcəkdə bu istiqamətdə real addımların atılması qərara alınıb.