Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsi, Hüquq və sənədlərlə iş sektoru, şöbə müdirinin müavini - sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsi, Hüquq və sənədlərlə iş sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini - sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1270
Qulluq funksiyaları
  • Sektorun fəaliyyətinə rəhbərlik etmək; 
  • Tabeliyində olan əməkdaşların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • Komitənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, daxili qaydaları, təlimatları və digər normativ sənədləri hazırlamaq və ya Komitənin struktur bölmələri ilə birlikdə onların hazırlanmasında iştirak etmək, təhlil etmək, onların təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Komitənin və tabeliyindəöki qurumların iştirak etdiyi məhkəmə baxışlarında Komitəni və tabeliyindəki qurumları iddiaçı və cavabdeh qismində təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək, bununla bağlı prosessual sənədləri hazırlamaq;
  • Komitənin Aparatının struktur bölmələri tərəfindən hazırlanmış sənəd layihələrinin (məktub, arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Komitənin aparatında və tabeliyindəki qurumlarda  sənədlərlə  işin  təşkili  və  normativ-hüquqi təminat  işinin  aparılması  üzərində  metodiki  rəhbərliyi  həyata  keçirmək,  səlahiyyəti  daxilində  bununla  bağlı  araşdırmalar  aparmaq,  müvafiq  təklif  və  təqdimatlar  hazırlamaq;
  • Şöbəyə daxil olmuş sənədlərin qanunvericiliyə uyğun olaraq icra olunmasını təmin etmək;
  • Sektor tərəfindən hazırlanan və  xaric olan sənəd  layihələrini vizalamaq;
  • Komitədə arxiv işinin təşkilini təmin etmək;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təşkil etmək;
  • Komitənin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulunun qanunvericiliyə uygun həyata keçirilməsini təşkil etmək;
  • Komitə aparatının struktur bölmələri tərəfindən vətəndaşların təklif, ərizə və şikayətlərinə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasına nəzarət etmək;
  • Sektorun fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan daxil olmuş təklif, ərizə və şikayətlərin cavablandırılmasını təmin etmək;
  • Komitənin və şöbənin fəaliyyəti ilə bağlı müvafiq hesabatların hazırlanmasını təşkil etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s.(orta-yüksək səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B1;İngilis dili-B1;
Müsahibə elanının tarixi 15.03.2021 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 13.04.2021 18:00

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 15 mart 2021-ci il tarixdən 13 aprel 2021-ci il tarixi saat 18:00-dək Dövlət qulluğu üzrə müraciət Forması vasitəsilə Mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər

Bu şəxslər ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantını onlayn qeydiyyat zamanı müraciət formasına əlavə etməlidir:

Dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (əgər əmək kitabçasında qeyd edilməyibsə).

Azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə).

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
  • Əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  • 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının aparatlarında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 14 may 2008-ci il tarixindən sonra dövlət qulluğuna qəbul edilmiş şəxslər ümumi müsahibədə iştirak hüququna malik deyillər.
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Müsahibə namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədi daşıyır. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibədə namizədin ixtisas dərəcəsi, vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasının artırılması da nəzərə alınacaq.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə etməlidirlər.

Müsahibəyə və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Əlaqə telefonları: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Dövlət qulluğu məsələləri şöbəsi, (012) 465 87 93/94/97 (daxili: 119, 123, 130)